İdman

Vitolo: "Hərəkətimə görə heç kim məni məzəmmət edə bilməz"

14 İyul 2017 14:08
0 Şərh     Baxış: 373

İyulun 10-u "Sevilla" ilə müqaviləsini yeniləyən 1 gün sonra isə transfer hüquqlarını satın alıb "Atletico Madrid"ə keçən Vitolo açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klubuna qoyulan transfer qadağası səbəbindən mövsümün ilk yarısını "Las Palmas"da keçirəcək 27 yaşlı havbek bunları deyib:

"Deyiləcək nəsə yoxdur. "Sevilla" klubuna, demək olar ki, hər şeyimi borcluyam. Mən "Las Palmas"da onlar oynayanda mənə güvəndilər. Titul qazanmaq şərəfinə nail oldum. Düşünürəm ki, hərəkətimə görə heç kim məni məzəmmət edə bilməz. Qarşı tərəfin qəzəbini başa düşürəm, bunu gizlətmək çətindir. Amma bu futboldur. Onlara həmişə minnətdar olacam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.