İdman

"Ajax"ın gənc futbolçusu gəzə bilməyəcək

14 İyul 2017 12:30
0 Şərh     Baxış: 404

Ötən həftə "Werder"lə yoldaşlıq görüşündə huşunu itirən və komaya düşən "Ajax"ın gənc futbolçusu Abdelhak Nurinin karyerası erkən başa çatıb. Onun beynində ciddi pozulmalar aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Nurinin böyük qardaşı Abderrahim onun böyük ehtimalla gəzə, danışa və insanları tanıya bilməyəcəyini deyib.

"Biz təslim olmuruq. Taleyin hökmünə təslim olmalıyıq. Biz onun sağalması üçün dua edirik. Dünya həyatı müvəqqətidir" - Abderrahim bildirib.

Nuri "Ajax"ın əvəzedici komandasında 45 oyun keçirib. 20 yaşlı yarımmüdafiəçi aktivinə 11 qol yazdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.