İdman

"Barselona" Bellerini yox, bu oyunçunu seçdi

14 İyul 2017 12:54
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" Nelson Samedonun transferi barəsində klubu "Benfika" ilə razılığa gəldiyi barəsində məlumat yayıb.

Müayinədən keçən Samedo 5 illik müqaviləyə imza atacaq.

Milli.Az bildirir ki, İspaniya mətbuatı "Benfika"ya 30 milyon avro + 5 milyon avro bonus ödənəcəyi barədə məlumat yayıb.

"Benfika"nın yetirməsi olan 24 yaşlı oyunçu Portuqaliya klubu ilə 2 mövsümə 63 oyuna çıxıb. Nelzinyo ləqəbli oyunçu rəsmi oyunlarda biri Portuqaliya liqasında, digəri Çempionlar Liqasında olmaqla  2 qol vura bilib.

Daha öncə müdafiənin sağ cinahı üçün Bellerini düşünən katalonlar onu klub heyətində olacaq qədər keyfiyyətli oyunçu saymadıqları üçün bu transferdən üz döndərmişdilər.

Kamil Abbas

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.