İdman

"Roma" baş məşqçisi Türk futbolçudan danışdı

14 İyul 2017 13:42
0 Şərh     Baxış: 530

Seriya A komandalarından "Roma"nın baş məşqçisi Eusebio Di Françesko transfer etməkdə sona yaxınlaşdıqları Cengiz Ündərin komandaya ən yaxşı şəkildə uyğunlaşacağına güman edir.

Milli.Az bildirir ki, Di Françesko "canavarlar"ın yeni sezon hazırlıqlarını davam etdirdiyi Pinzolo qəsəbəsində keçirilən tərəfdarlarla görüş tədbirində suallara cavab verib.

Di Françesko, klubun "Başakşehir"dən transfer etmək üzrə olduqları və Romada müayinədən keçəçək olan Cengiz Ündər haqqında bir suala: "Maraqlı oyunçudur. Keçmişdə Türk oyunçuların İtaliyada uyğunlaşma problemlərinin olduğunu xatırlayırıq. Guman edirəm ki, Cengizin belə bir problemi olmaz və o komandaya ən tez vaxtda uyğunlaşar. Bu barədə ona kömək etməli və onu başa düşməliyik. Onun önəmli xüsusiyyətlərə sahib olduğu barədə sizi əmin edirəm".

Baş məşqçi o cümlədən ulduz oyunçu axtarışında olduqlarını bildirərək, belə bir transferin mütləq reallaşması lazım olduğunu deyib.

"Roma"da çıxış edən son türk oyunçu Salih Uçan olub. Salih "Fənərbaxça"dan 2014-2015 və 2015-2016-cı il sezonları üçün icarəyə götürülmüşdü.

Kamil Abbas

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.