İdman

Taras Romançuk: ""Qəbələ"yə qarşı oynamaq asan deyil"

14 İyul 2017 10:37
0 Şərh     Baxış: 405

"Çətin oyun olacağını bilirdik. Çünki yaxşı rəqiblə oynayırdıq. Ancaq buna baxmayaraq öz bacarığımızı göstərdik. Bu oyunçulara qarşı oynamaq asan deyil. İşimizin öhdəsindən gəldik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yagelloniya"nın futbolçusu Taras Romançuk Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:1) sonra klubun saytına deyib.

"Bu cür isti hava şəraitində oyanamaq asan deyildi. Ancaq rəqib bu havaya öyrəşmişdi. Polşaya sakit qayıdırıq. Cavab görüşündə də rəqibə hörmət etməliyik" - deyə o bildirib.

Ukraynalı yarımmüdafiəçinin sözlərinə, "Qəbələ" ikinci hissənin əvvəlində bizi təəccübləndirmək istəyirdi: "Ancaq biz buna imkan verməməyə çalışdıq. Biz oyuna daha çox konsentrasiya olmalıyıq və fürsətlərdən istifadə etməliyik. Çünki Avropa Liqasında oynayırıq.  Növbəti oyunlarda iki qol fürsəti yaradıb fərqlənə də bilərik".

T.Romançuk deyib ki, ikinci hissədə daha yaxşı oyun nümayiş etdiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.