İdman

Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bilindi - YENİLƏNİB

14 İyul 2017 14:19
6 Şərh     Baxış: 2 691

14:19

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti raundun 15 cütü bəlli olub.

Püşkatma iki hissədə keçirilib. Çempionlar yolunda II təsnifat mərhələsinin 17 cütü və mübarizəyə yeni qoşulacaq 3 komanda çıxış edəcək. Onlar 10 cütlük təşkil edib.
 
Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) ilə qarşılaşacaq. Bu cütdə ilk görüş Azərbaycan və Gürcüstan çempionlarının qalibinin meydanında keçiriləcək.
 
"Şerif" Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moidovadakı matçda meydan sahibləri 1:0 hesabına sevinib.
 
Öz ölkəsində çempion olmayan 10 klub isə 5 cütlük təşkil edib.
 
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
"Slaviya" (Çexiya) - BATE (Belarus) - "Alaskert" (Ermənistan) cütünün qalibi
"Spartak" (Latviya) - "Astana" (Qazaxıstan) cütünün qalibi - "Mariehamn" (Finlandiya) - "Legiya" (Polşa) cütünün qalibi
"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) cütünün qalibi - 
"Hafnarfyordur" (İslandiya) - "Vikinqur" (Farer adaları) cütünün qalibi
"Jilina" (Slovakiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi - 
"Malmö" (İsveç) - "Vardar" (Makedoniya) cütünün qalibi - 
"Linfild" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya) cütünün qalibi - "Dandalk" (İrlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Hapoel" (Beyer Şeva, İsrail) - "Honved" (Macarıstan) cütünün qalibi - 
"Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi
 "Vitorul" (Rumıniya) - APOEL (Kipr) - "Dudelanj" (Lüksemburq) cütünün qalibi
"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) cütünün qalibi - "Riyeka" (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) -"Samtredia" (Gürcüstan) cütünün qalibi - 
"Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi

"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) cütünün qalibi - "Olimpiakos" (Yunanıstan)
 
Qeyri-çempionlar yolu
"Styaua" (Rumıniya) - "Viktoriya" (Çexiya)
"Nitsa" (Fransa) - "Ayaks" (Hollandiya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Yanq Boyz" (İsveçrə)
AEK (Yunanıstan) - MOİK (Rusiya)
"Brügge" (Belçika) - "Başakşehər" (Türkiyə)

--------

09:04

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. 

Milli.Az Report-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da mümkün rəqibi müəyyənləşəcək.

Püşkatmaya qatılacaq 47 klubdan 34-ü II təsnifat mərhələsinin cütləri, 13-ü isə mübarizəyə III raunddan qoşulanlardır.

Çempionlar yolunda öz rəqibini tanıyacaq "Qarabağ"ın əmsalı 10-cu olduğu üçün Azərbaycan və Gürcüstan çempionlarının yer aldığı cüt səpələnmişlər sırasındadır.

Mümkün rəqiblər sırasında Çexiya çempionu "Slaviya" və Rumıniyada bütün rəqiblərini qabaqlayan "Vitorul" da var.

Səpələnməmişlərlər siyahısında "Rusenborq", "Hafnarfyordur" kimi tanış, "Malmö", "Partizan" və "Astana"nın timsalında isə kollektivlər var.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşündə Gürcüstan təmsilçisi "Samtredia"nı 5:0 hesabı ilə məğlub edən Ağdam klubu rəqibini böyük ölçüdə mübarizədən kənarlaşdırıb. İyulun 18-də Tbilisidə baş tutacaq cavab qarşılaşmasında Samtredia şəhərinin eyni adlı təmsilçinin sürprizə imza atacağı inandırıcı görünmür.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan)
"Linfild" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya) cütünün qalibi
"Jilina" (Slovakiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi
"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) cütünün qalibi
"Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi
BATE (Belarus) - "Alaşkert" (Ermənistan) cütünün qalibi
"Mariehamn" (Finlandiya) - "Legiya" (Polşa) cütünün qalibi
APOEL (Kipr) - "Dudelanj" (Lüksemburq) cütünün qalibi
"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) -"Samtredia" (Gürcüstan) cütünün qalibi
Səpələnməmişlər
"Malmö" (İsveç) - "Vardar" (Makedoniya) cütünün qalibi
"Spartak" (Latviya) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) cütünün qalibi
"Riyeka" (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
"Dandalk" (İrlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi
"Hapoel" (Beyer Şeva, İsrail) - "Honved" (Macarıstan) cütünün qalibi
"Slaviya" (Çexiya)
"Hafnarfyordur" (İslandiya) - "Vikinqur" (Farer adaları) cütünün qalibi
"Vitorul" (Rumıniya)
Qeyri-çempionlar yolu
Səpələnmişlər
"Dinamo" (Kiyev, Ukrayna)
"Ayaks" (Hollandiya)
"Viktoriya" (Çexiya)
MOİK (Rusiya)
"Brügge" (Belçika)
Səpələnməmişlər
"Styaua" (Rumıniya)
"Yanq Boyz" (İsveçrə)
"Nitsa" (Fransa)
"Başakşehir" (Türkiyə)
AEK (Yunanıstan)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

6 Şərh:

  • Anonim
    famil · 14 İyul 14:3010

    ela reqibdi qarabaqi tebrik edirem pleyof reqibimizi gozleyek gorey kim olacaq

    Cavab yaz
  • Anonim
    Elman Razin · 14 İyul 14:4310

    ela hec olmasa Qarabagin disine gore reqibdi

    Cavab yaz
    • Anonim
      Ruslan · 14 İyul 16:0400

      Qarabag qrupa gedecek

      Cavab yaz
  • Anonim
    Murat · 14 İyul 15:5510

    Allaha ŞÜKÜR bextimiz getirdi bu defe...QARABAĞ öz oyununu oynasa bu turu rahat keçecek...

    Cavab yaz
  • Anonim
    Ruslan · 14 İyul 16:0100

    Ermeniler uduzsun

    Cavab yaz
  • Anonim
    Ruslan · 14 İyul 16:0300

    Qarabag ikinci oyununda sampediyaya 2:0 hesabi ile qalib gelecek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.