İdman

"Qalatasaray", "Milan" və "Marsel" Bakıya gələ bilər

13 İyul 2017 23:39
1 Şərh     Baxış: 3 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Mərasimdə Azərbaycan klublarının da mümkün rəqibləri müəyyənləşəcək. Püşkatmada hər 3 təmsilçimiz - "Qəbələ", "İnter" və "Zirə" iştirak edəcək.

Püşkatamaya 25 klub birbaşa qatılacaq. Onlara II təsnifat mərhələsinin 33 cütlüyü qoşulacaq. III təsnfat mərhələsində 58 klub mübarizə aparacaq və onlar 29 cütlük təşkil edəcək.

Təmsilçilərimizdən yalnız "Zirə" "Səpələnmişlər" səbətində yer alıb. Buna səbəb "Zirə"nin rəqibi "Astra"nın reytinqinin yüksək olmasıdı. Təmsilçimiz Rumıniya klubunu keçsə, rəqibi daha zəiflərin arasından - "Səpələnməmişlər" səbətindən seçilə bilər. Bu səbətdə yer alan "Qəbələ" və "İnter"in yer aldığı cütlükləri "Zirə"nin potensial rəqibi ola bilməz.

"Qəbələ" və "İnter" isə "Səpələnməmişlər" səbətindədi və onların mümkün rəqibləri "Səpələnmişlər" arasından seçiləcək. Təmsilçilərimizin mümkün rəqibləri arasında "Qalatasaray", "Fənərbaxça", "Milan", "Everton", "Atletik", "Zenit","Marsel", PSV kimi məşhur klublar var.

Avropa LiqasıIII təsnifat mərhələsi SəpələnmişlərZenit (Rusiya)Atletik (İspaniya)Ostersun (İsveç) -  Qalatasaray (Türkiyə) cütünün qalibiFənərbaxça (Türkiyə)Sparta (Çexiya)Milan (İtaliya)PSV (Hollandiya)Braqa (Portuqaliya)Gent (Belçika)PAOK (Yunanıstan)Krasnodar (Rusiya)Bordo (Fransa)Everton (İngiltərə)Marsel (Fransa)Dinamo (Zaqreb, Xorvatiya)Makkabi (Təl-Əviv, İsrail) - Reykyavik (İslandiya) cütünün qalibiFrayburq (Almaniya)Astra (Rumıniya) - Zirə (Azərbaycan) cütünün qalibiAustriya (Avstriya)Ferensvaroş (Macarıstan) - Midtyulland (Danimarka) cütünün qalibiPanatinaikos (Yunanıstan)Maritimo (Portuqaliya)Syon (İsveçrə)Hayduk (Xorvatiya) - Levski (Bolqarıstan) cütünün qalibiRabotniçki (Makedoniya) - Dinamo (Minsk, Belarus) cütünün qalibiHoqesund (Norveç) - Lex (Polşa) cütünün qalibiApollon (Kipr) - Zarya (Moldova) cütünün qalibiŞkendiya (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibiŞemrok Rovers (İrlandiya) - Mlada Boleslav (Çexiya) cütünün qalibi SəpələnməmişlərJelezniçar (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibiAleksandriya (Ukrayna)Osiyek (Xorvatiya) - Lütsern (İsveçrə) cütünün qalibiBrondbü (Danimarka) - Vaasa (Finlandiya) cütünün qalibiKalyu (Estoniya) - Videoton (Macarıstan) cütünün qalibiOlimpik (Ukrayna)Ostende (Belçika)Proqres (Lüksemburq) - AEL (Kipr) cütünün qalibiQəbələ (Azərbaycan) - Yagelloniya (Polşa) cütünün qalibiSlovan (Slovakiya) - Lyunqbyu (Danimarka) cütünün qalibiİrtış (Qazaxıstan) - Srvena Zvezda (Serbiya) cütünün qalibiTrençin (Slovakiya) - Bney Yehuda (İsrail) cütünün qalibiKayrat (Qazaxıstan) - Skenderbeu (Albaniya) cütünün qalibiAberdin (Şotlandiya) - Şiroki Briyeq (Bosniya və Herseqovina) cütünün qalibiValletta (Malta) - Utrext (Hollandiya) cütünün qalibiAltax (Avstriya) - Dinamo (Brest, Belarus) cütünün qalibiŞturm (Avstriya) - Mladost (Monteneqro) cütünün qalibiDinamo (Buxarest, Rumıniya)Kork Siti (İrlandiya) - AEK (Kipr) cütünün qalibiİnter (Azərbaycan) - Fola (Lüksemburq) cütünün qalibiBeytar (İsrail) - Botev (Bolqarıstan) cütünün qalibiVaduts (Lixtenşteyn) - Odd (Norveç) cütünün qalibiPanionios (Yunanıstan) - Qoritsa (Sloveniya) cütünün qalibiNorçepinq (İsveç) - Trakay (Litva) cütünün qalibiUniverstatya (Krayova, Rumıniya)Valyur (İslandiya) - Domjale (Sloveniya) cütünün qalibiArka (Polşa)Rujomberok (Slovakiya) - Brann (Norveç) cütünün qalibiLiepaya (Latviya) - Suduva (Litva) cütünün qalibi

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.