İdman

"Düz fikirləşmirsiniz" - Roman Qriqorçuk

13 İyul 2017 23:31
0 Şərh     Baxış: 1 072

"Hər şey nə yaxşı, nə də pis alındı. Başa düşürük ki, asan deyil".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan "qırmızı-qaralar" ilk oyunda qəbul etdikləri Polşa "Jagelloniya"sı ilə qollu bərabərə qalıb - 1:1.
 
Maçtdan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: "Rəqib güclüdü, yaxşı təşkilatlanmış komandadı. İntizamlı futbol oynayırlar. İlk dəqiqələrdən oyuna nəzarət etmək istəsək də, bu alınmadı. Əksinə, oyunun əvvəllərində daha çox top itkisinə yol verdik. Ancaq sonradan uşaqlar nəzarəti ələ aldılar".
 
- Bu gün inamsız təsir bağışlamağınız nədən qaynaqlanırdı?

- Rəqib intizamlı komandadı. Onlarda hər şey qaydasındadı. Onlar heyətlərinin özəyini qoruya biliblər. Üstəlik, artıq bir mərhələ adlayıblar. Oyun gözlədiyimiz kimi keçdi. Bizə nəzarəti ələ almaq lazım idi. Ancaq bunu bacarmadıq. Ardıcıl top itkilərinə yol verirdik. Futbolçular çox güc sərf etdiklərindən əsəbləşməyə başladılar.
 
- İlqar Qurbanov əvəzlənməzdən əvvəl özünü kənarda hiss edirdi. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiniz?

- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzləmə istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdı. Bəlkə də, onun qıcolması tutmuşdu.
 
- "Qəbələ"nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardı, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdu?

- Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiz. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.
 
- Cavab matçına necə hazırlaşmağı düşünürsünüz?

- Çalışacağıq bugünkündən daha yaxşı oynayaq. Ümid edirəm ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyik, futbolçular daha yaxşı formada olacaqlar. Bu gün hər iki komandanın qol vurmaq şansları oldu. Hər şey qaydasındadı.
 
- Araz Abdullayev bu gün harda idi?

- Araz bu gün "18-liy"ə salınmamışdı.
 
- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?

- Düzdü, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Gələn görüşdə də ən yaxşılar meydana çıxacaqlar. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidi. "Yagelloniya" da bura olduqca hazır vəziyyətdə gəlmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.