İdman

"Hakim həmin epizodda penalti verə bilərdi" - İreniuş Mamrot

13 İyul 2017 23:14
0 Şərh     Baxış: 669

"Çox çətin oyun oldu. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Yagelloniya"nın baş məşqçisi İreniuş Mamrota məxsusdu.
 
Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qəbələ"nin qonağı olan Polşa təmsilçisi Bakıdan 1:1 hesablı bərabərliklə ayrılıb.
 
Oyundan sonrakı mətbuat konfransında Mamrot fikrini bu sözlərlə davam etdirib: "Futbolçularımız bütün güclərini meydanda qoydular. Evdəki oyun da çətin olacaq. Öncədən də dediyim ki, cütlükdə hər şeyə Belostokda aydınlıq gələcək. Çempionatda da oyunumuz var. Qarşıdakı matçlara ciddi hazırlaşacağıq".
 
- Şansları necə dəyərləndirirsiniz?

- Yenə də şanslar bərabərdi. "Qəbələ" hücumda təhlükəli olur. Qol vursaq da, həmçinin qol da buraxdıq.
 
- Hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimləri qiymətləndirmək istəmirəm. Çünki bu, mənim işim deyil. Amma iki epizodu diqqətlə izləmək istəyirəm. İlk hissədə rəqibin cərimə meydanında oyunçumuza qarşı kobudluq oldu. Hakim həmin epizodda penalti verə bilərdi. Belə daha bir epizod oldu. Deməliyəm ki, bu gün hakimlərin işi çox çətin oldu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.