İdman

"Neftçi" yoxlama oyununda "Səbail"ə qalib gəldi

13 İyul 2017 17:32
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "ağ qaralar" "Səbail" klubunun əvəzediciləri ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 4:1 hesablı qələbə ilə nəticələnib. "Neftçi"nin heyətində Cavidan Qasımlı "het-trik"ə imza atıb. Bir dəfə isə İbrahim Əliyev fərqlənib.

Qeyd edək ki, Bakı klubunun əvəzediciləri iyulun 15-də keçiriləcək növbəti yoxlama oyununda "Sumqayıt" klubunun əvəzediciləri ilə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.