İdman

"Hətta "Panatinaikos" da Bakıda "Qəbələ"yə qol vura bilməyib"

13 İyul 2017 17:50
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk oyundan çox şey asılıdır. Əgər "Yagelloniya" Bakıda qol vurmağı bacarsa, cavab matçında uğurlu nəticəyə ümid etmək olar".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin sabiq qapıçısı David Petrzkeviç Avropa Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyunu haqda danışarkən deyib.

Polşalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında "Qəbələ"nin üstün tərəflərindən danışıb: "Yagelloniya" ilk oyunda uduzsa, cavab matçında işi çətin olacaq. Çünki "Qəbələ" müdafiə olunmağı çox yaxşı bacarır. Onu da qeyd etməliyəm ki,  "Qəbələ" nadir hallarda öz meydanında qol buraxır. Hətta "Panatinaikos" kimi komanda da Bakıda "Qəbələ"yə qol vura bilmədi. 

Müdafiə "Qəbələ"nin ən güclü tərəfidir. Hücummameyilli futbolçular da müdafiəni yaddan çıxarmır. Komandanın düzgün taktiki sxemi var. 

Komandanın baş məşqçisi Roman Qriqorçuk çox yaxşı mütəxəssisdir. O, öz işini çox sevir.  Onun rəhbərliyi altında çıxış edən futbolçular da öz işlərini yaxşı bilirlər".

Perzkeviç Bakıda isti havada oynamağın çətin olduğunu da qeyd edib: "Bakıdakı hava şəraiti də oyuna təsir edə bilər. Çox isti olacaq. Ötən mövsüm Avropa Liqasında "Maribor"la oyunumuzu xatırlayıram. İlk hissədə onlar bizi hərtərəfli üstələdilər, ancaq ikinci yarıda artıq rəqib futbolçularının havası çatmırd. İsti onlara pis təsir etmişdi. Həmin oyunda 3:1 hesablı qələbə qazandıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.