İdman

Qvardiola Alvesi satqın sayır

14 İyul 2017 08:52
0 Şərh     Baxış: 751

"Mançester Siti"nin rəhbərliyi Dani Alvesin PSJ-yə keçməsindən narazı qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə ingilis klubuna keçməyə razılıq verib. Amma o, sonradan sözündən dönüb. Buna PSJ-nın 34 yaşlı müdafiəçiyə 2 dəfə artıq maaş təklif etməsi səbəb olub.

Dani Alvesin PSJ ilə 2 illik müqavilə imzaladığı dünən rəsmən açıqlanıb.

Qəzet yazıb ki, "Siti"nin baş məşqçisi Xosep Qvardiola vı klubun idman direktoru Çiki Beqiristayn Alvesin bu hərəkətini xəyanət kimi qiymətləndirib.

Qeyd edək ki, hər üç şəxs bir vaxtlar "Barselona"da birgə fəaliyyət göstəriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.