İdman

Sabiq FİFA məmuru dünyasını dəyişdi

13 İyul 2017 16:03
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer vəfat edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, amerikalı funksioner 72 yaşında dünyasını dəyişib. Korrupsiya qalmaqalında adı hallanan və 2015-ci ildə ömürlük futboldan uzaqlaşdırılan Ç.Bleyzer xərçəngdən əziyyət çəkirdi. O. ömrünün son aylarında əlil arabasına məhkum olunmuşdu.

Bleyzer 1997 - 2003-cü illərdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü, 1990-2011-ci illərdə Karib hövzəsi, Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının (CONCACAF) baş katibi vəzifəsində çalışıb. O, iki il öncə 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün rüşvət aldığını və daha 10 rüşvət olayında iştirakını boynuna alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.