İdman

"Böyük xəbərə hazır olun" - İbra

13 İyul 2017 16:34
0 Şərh     Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç yığmasının əfsanəvi futbolçusu Zlatan İbrahimoviçin karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu tezliklə yeni klubunun adının müəyyənləşəcəyini bildirib.

Belə ki, uzunmüddətli sıradan çıxdığı üçün "Mançester Yunayted"lə yeni müqavilə imzalamayan və azad agent statusu daşıyan İbra gələcək taleyi ilə bağlı verilən sualı qısaca belə cavablandırıb: "Tezliklə yeni məlumatı eşidəcəksiniz. Böyük xəbərə hazır olun".
 
Zədəli olduğu üçün qışa qədər yaşıl meydanlardan uzaq qalan İbrahimoviçin yenidən "Mançester Yunayted"lə müqavilə imzalaması istisna edilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.