İdman

"Monaco" polşalı müdafiəçi ilə müqavilə yenilədi

13 İyul 2017 16:09
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Liqasının son qalibi "Monaco" çempion heyəti qorumağa çalışır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "moneqasklar" müdafiənin aparıcı fiqurlarından olan Kamil Qliklə müqaviləni yeniləyib. Polşa millisinin 29 yaşlı futbolçusu 2021-ci ilin yayına kmii "Monaco" formasını geyinəcək.

"Gözəl mövsümdən sonra sevincimin həddi-hüdudu yoxdur. Meydanda var gücümüzlə mübarizə apardıq. Yeni müqaviləyə görə klub prezidenti və vitse-prezidentinə təşəkkür edirən. Məqsədimiz Fransada titulumuzu qorumaq, Çempionlar Liqasında isə mümkün qədər irəliləmək olacaq" - Qlik deyib.

Polşalı müdafiəçi 2016-cı ilin iyulunda "Torino"dan transfer olunmuşdu. O, "Monaco" forması ilə çıxdığı 53 rəsmi oyunda 8 qol, 3 məhsuldar ötürmənin müəllifi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.