İdman

"Vitolo "Sevilla" klubu və azarkeşlərinə hörmətsizlik etdi"

13 İyul 2017 15:13
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sevilla"nın prezidenti Xose Kastro Karmona komandasnın sabiq futbolçusu Vitolonun davranışını tənqid edib. İyulun 10-da 27 yaşlı havbek klubla müqaviləsini 2022-ci ilə kimi uzatsa da, 1 gün sonra "Atletico Madrid"ə transfer olunmuşdu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Karmona məsələ ilə bağlı bunları deyib:

"Müqaviləni imzalamışdıq. Amma yeni müqavilə şərtləri əks olunan sənədi mümkün üsullarla qorumağa çalışacağıq. Bazar ertəsi onun atası müqavilənin bütün bəndlərinə razılıq bildirdi. Sənədləşmə işini başa çatdırdıq. Tək çatmayan iş Vitolonun imzası idi. O bildirdi ki, müqavilə müddətinin uzadılmasını elan edə bilərik. Məhz buna görə rəsmi açıqlama verdik, heç peşman da deyiləm. Bizim klubda yeni səviyyəyə çıxmış bir futbolçuya güvənməyib kimə inanmalıydım? Qəzəb yoxdur, sadəcə məyusam. Vitolo "Sevilla"dan istifadə etdi ki, "Atletico"dan daha çox məvacib alsın. O, sözünü tutmadı və bizi pis vəziyyətdə qoydu. Bu futbolçu "Sevilla" klubu və azarkeşlərə hörmətsizlik etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.