İdman

Venqer Mbappe və ailəsi ilə 3 saatdan çox görüş keçirib

13 İyul 2017 18:12
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Monako"nun gənc ulduz Kilian Mbappe əksər Avropa nəhənglərinin transfer hədəfində qalmaqdadır."Arsenal"ın baş məşqçisi Arsen Venqerin də iyunun 14-ü onunla Parisdə görüşdüyü məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu və onun ailəsi ilə Venqerin görüşü 3 saatdan çox davam edib. Fransalı mütəxəsis Tyerri Anrini misal gətirməklə Mbappeni London klubunda oynamaq fikrinə inandırmağa çalışıb. Hücum xəttinə Aleksandr Lakazetti cəlb etməsinə baxmayaraq "topçular" 18 yaşlı forvardı da izləməkdə davam edir. Daha bir fransalı çalışdırıcı - Zinəddin Zidanın da Mbappe ilə görüşdüyü deyilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.