İdman

"Zirə"nin futbolçusu: "Mərhələ keçmək üçün yaxşı şanslara malikik"

13 İyul 2017 12:48
0 Şərh     Baxış: 387

"Komandamızda kifayət qədər səviyyəli futbolçular var. Mərhələ keçmək üçün yaxşı şanslara malikik". 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Qabriel Matey Rumıniya "Astra"sı ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib. 27 yaşlı müdafiəçi bildirib ki, komandada olduğu iki həftə ərzində yaxşı hazırlıq keçiblər: "Ümidvaram ki, iki oyunluq mübarizənin yekununda sevinən tərəf biz olacağıq".

Yeni transfer "Zirə"yə keçənədək heç bir məlumata malik olmadığını, amma Bakıda olarkən valehə gəldiyini dilə gətirib: "Bakı Dubay kimi çox gözəl şəhərdir. Bu seçimimə görə sevinirəm. Qapımda neft buruqları olmasa da, dəniz suyunda neft iyini hiss etdim. Bu da neft ölkəsi üçün normal haldır".

Qeyd edək ki, bu gün Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda keçiriləcək "Astra" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cavab görüşü iyulun 20-də Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.