İdman

"Fola"nın futbolçusu: "Kaş, "İnter" dağılmasın"

13 İyul 2017 14:08
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bilirir ki, Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında "İnter"ə 0:1 hesabı ilə uduzan Lüksemburqun "Fola" klubunun müdafiəçisi Peter Xrappan apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Deyəsən, son dəqiqələrdə buraxılan qolla məğlub olmaq sizi çox sarsıdıb...
- Düzdü. Çox çətin oldu. Əslində, məğlubiyyətə layiq deyildik. Son dəqiqələrədək mübarizə apardıq. Qapımızdan top buraxmaq istəmirdik. Amma son dəqiqədə bir səhv uduzmağımıza səbəb oldu. Bu matçı unutmağa çalışıb, ikinci duelə ciddi hazırlaşmalıyıq.
 
- "İnter" gözlədiyiniz kimi çıxış etdi?
- Bizi öz oyunumuz maraqlandırırdı. "İnter"in bu cür çıxış edəcəyini gözləyirdik. İlk dəqiqələrdən topa daha çox biz nəzarət edirdik. Rəqibə qol vurmaq üçün imkan vermədik. Oyunlarını izləmişdik, necə çıxış etdiklərini bilirdik. Xüsusilə, standart vəziyyətlər zamanı qol vurmaq bacarığını gördük. Bu səbəbdən elə də çox qayda pozuntusu etmədik.
 
- "İnter"i birinci mərhələdə mübarizədən kənarlaşdırdığınız "Milsami" ilə müqayisə edə bilərsiniz?
- "İnter" çox güclüdü. Komplektləşmiş heyəti və fərdi bacarığına görə seçilən futbolçuları var. Onlar hər dəqiqə oyunun taleyini həll edə bilərlər. İstər müdafiədə, istərsə də yarımmüdafiə və hücumda çox çalışdılar.
 
- Cavab görüşündə bu fərqi aradan qaldıracağınıza ümid edirsiniz?
- Təbii ki, bunu bacaracağımıza inanırıq. Öz meydanımızda, azarkeşlərimizin qarşısında oynayacağıq. Onların tribunada yer alması bizə çox kömək edəcək. Artıq rəqibi də yaxından tanıyırıq. Səhvlərimizi təhlil edəcəyik, zəif tərəflərinizdən yararlanmağa çalışacağıq.
 
- 2011-12 mövsümündə "İnter"də çıxış etmisiniz. Sabiq komandanızın hazırkı durumundan xəbəriniz varmı?
- Açığı, geniş məlumatım yoxdu. Bildiyimə görə, indi maddi imkanları elə də yaxşı deyil.
 
- Klubun dağılmaq təhlükəsi istisna deyil...
- Mən 6 il əvvəl bu komandada oynamışam. O vaxtkı heyətdən Nizami Hacıyev, Səlahət Ağayev, Elnur Abdullayev, Samir Zərgərov hələ də komandadadırlar. Onları görməyimə şad oldum. Kaş, "İnter" dağılmasın, fəaliyyətini davam etdirib uğur qazanacaq.
 
- Bakı çox dəyişib?
- Bakını tanımaq olmur. O vaxt burda oynayanda da belə idi. Şəhəri tərk edirdin, qayıdanda yeni tikili ilə qarşılaşırdın. İndi Bakı çox gözəl olub. Modern şəhərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.