İdman

"Favorit bizik" - "Astra"nın baş məşqçisi

13 İyul 2017 11:56
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu oyunda biz nəinki klubumuzu, bütövlükdə Rumıniya futbolunu təmsil edəcəyik. Favorit olduğumuzu düşünürəm. Amma ehtiyatlı olmalıyıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Astra"nın baş məşqşçisi Edvard İordanski Avropa Liqasının ikinci təsnifat mərhələsində "Zirə" ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Biz yeni mövsümə başlayırıq. Hər iki oyuna hazır olacağımıza söz verirəm. Amma istəyimiz baş tutmaya bilər. Yaxşı oyun sərgiləməyə çalışacaq. Bütün gücümüzü ortaya qoyacağıq ki, növbəti mərhələ şanslarımızı qoruyaq" - deyə o bildirib.

E.İordanesku "Zirə"ni balanslı oyun sərgilədiyini söyləyib: "Rəqibin keyfiyyətli futbolçuları var.  İlk mərhələdə iki qələbə qazanması "Zirə"yə yeni inam və həvəs gətirib. Bu səbəbdən, meydana əmin və optimist ruhda çıxacaqlar. Onlar hücum və əks-hücumlarda çox yaxşı təsir bağışlayır. Ümid edirəm ki, biz də yaxşı oyun sərgiləyərək, mərhələ adlayacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.