İdman

Mirhüseyn Seyidov: "Rəqibə yuxarıdan baxmaq olmaz"

13 İyul 2017 14:34
0 Şərh     Baxış: 418

"İnter" Avropa Liqasının II təsnifat mərhələsinin "Fola" ilə ilk oyununda 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra matçda yeganə qolun müəllifi olan Mirhüseyn Seyidov jurnalistlərin suallarını cavablandırıb.
 
"Lüksemburq klubuna qarşı çətinlik çəkdik. Çətin olacağını gözləyirdik. Amma bu qədər düşünmürdük".
 
- Zərbə anını necə şərh edə bilərsən?
- Elə bil kimsə mənə ora "get" dedi. Top da mənim üzərimə gəlirdi. Öz növbəmdə üzərimə düşəni etdim. 
 
- Avrokuboklarda "Neftçi"nin heyətində "Koper"ə də gözəl qol vurmuşdun. Sloveniya klubuna vurduğun qolla bu qolu müqayisə edəndə hansının daha baxımlı olduğunu söyləyə bilərsən?
 
- Demək olar ki, oxşar idilər. Həmin oyunda "Koper"ə uduzmuşduq. Əsas odur ki, bu qolum komanda üçün kömək olsun.
 
- Bu qol sənə əsas heyətdə yerini möhkəmləndirmək üçün kömək olacaq?
- Məşqçi də çox istəyir ki, oynayım. Hər şeyi məşqçinin üzərinə atmaq düz deyil. "Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Buradayamsa, daha yaxşı oynamalıyam. Çalışıram ki, formamı bərpa edim.
 
- Səfər oyunu haqda necə düşünürsən?
- Lüksemburq təmsilçisi olsa belə rəqibə yuxarıdan baxmaq olmaz. Bu, bizə dərs oldu. Daha diqqətli olacağıq.
 
- Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?
- Açığı, Serbiya futbolu Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola"nı da asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldır ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik. 
 
- Fiziki cəhətdən hiss olunur ki, tam hazır deyilsən...
- Öz səhvlərimi bilirəm, düzəltməyə çalışacam.
 
- "Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?
- Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür və qarşıda avrokubok matçları da var. Formaya düşmək üçün çalışacam. 
 
- Hər dəfə nə iləsə gündəmə gəlirsən. Ötən ev oyununda topla xanım aparıcını vurdun, bu dəfə isə qol. 3-cü dəfə nə ilə gündəmi zəbt edəcəksən?
- Həmin epizoddan sonra deyirdilər ki, futbolçular qapıya vura bilmirlər... Amma qapını da dəqiq nişan ala bildik. Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı və uğurlu oldu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.