İdman

"Barselona"dan gözlənilməz Arda Turan qərarı

13 İyul 2017 10:03
0 Şərh     Baxış: 8 622

"Barselona"dan gedəcəyi iddia edilən Arda Turan Yaponiyaya göndərilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, türk futbolçu klub rəhbərliyi tərəfindən yeni sponsor "Rakuten"in Yaponiyada təşkil olunan tədbirinə göndərilib.

Onunla yanaşı, tədbirdə Lionel Messi, Neymar və Cerard Pike iştirak edib. "Barselona"nın bu qərarı İspaniyada təəccüblə qarşılanıb. Mətbua klubdan göndəriləcək futbolçunun belə bir tədbirə göndərilməsinin səbəbini başa düşməyib.

"El Mundo Deportivo"da Arda Turanın Yaponiyadakı tədbirə qatılmasını tənqid edən köşə yazarı Migel Riko "Ardanın orda olması təəccüblüdü. Satılması gündəmdə olan futbolçunun tədbirə göndərilməsinin səbəbi başa düşülən deyil" yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.