İdman

"Real" növbəti transferini rəsmiləşdirdi

11 İyul 2017 16:25
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu" "Betis"in yarımmüdafiəçisi Daniel Sebalyosla münasibətləri rəsmiləşdirib. "Barcelona"nın da maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləni imzalayıb. İspaniya gənclər millisinin üzvü yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Onun təqdimatı iyulun 20-də keçiriləcək. "Real" daha əvvəl "Atletico"dan Teo Ernandesi də transfer etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.