İdman

"O, istedadı sayəsində bizim futbolçumuz oldu"

11 İyul 2017 15:30
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun 19 yaşlı müdafiəçisi Teo Ernandes Madridin digər təmsilçisi "Real"a transfer olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun təqdimat mərasimində "kral klubu"nun prezidenti Florentino Perez bunları deyib:

"Biz Zidanın rəhbərliyi ilə unikal heyətin möhkəmləndirilməsi üzərində işləyirik. Teo ötən mövsüm Primera və İspaniya Kubokunun tapıntılarından biri olmuşdu. O, istedadı sayəsində və bu formanı digər klubların arasından seçdiyinə görə bizim futbolçumuz oldu. Bunu unutmayacağıq".

Ötən mövsüm icarə əsasında "Alaves"in şərəfini qoruyan Ernandes 32 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.