İdman

Həmyerlimiz Avropa çempionu oldu

2 İyul 2011 16:47
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çexiyanın paytaxtı Praqada pauerliftinqin WPC versiyası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürüb. Milli.Az xəbər portalına daxil olan məlumata görə, yarışa 3 idmançı ilə yollanan yığma komandamız artıq medal hesabını açıb. 90 kq çəki dərəcəsində çıxış edən Hafiz Verdiyev ştanqı çiyində qaldırmada 310, yerdən dartmada 310, sinədən qaldırmada isə 212,5 kq nəticə göstərib və yekunda 832,5 kq göstərici ilə bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

Yeri gəlmişkən, Hafiz Verdiyevin şəxsi məşqçisi dəfələrlə dünya və Avropa çempionu olmuş Rüfət Ağayevdir. Gənclər arasında 100 kq-da yarışan Azər Əliyev isə 3 hərəkətin cəmində 600 ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub. Qeyd edək ki, yığma komanda Çexiyaya Azərbaycan Pouerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin rəhbərliyi altında yollanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.