İdman

5 medal qazanan cüdoçularımız Bakıya qayıtdılar - FOTO

4 İyul 2017 11:57
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa çempionatında 5 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya dönüblər.

Milli.Az Report-a istinadən xəbər verir ki, yarışda 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanan milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Davud Abaslı (60 kq) isə bürünc medal əldə edib.

Ümumilikdə 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.