İdman

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib - FOTO

3 İyul 2017 17:17
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirin açılış mərasimində Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb.

Bütün bunların nəticəsidir ki, Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir.

Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.

Sonra yarışlara start verilib. 12 və daha kiçik yaşlı idmançılar arasında keçirilən turnir şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Gəncə şəhərlərindən, Şəki, Şabran, Gədəbəy rayonlarından 100-dən çox idmançı iştirak edir.

Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq, qaliblərə medallar və mükafatlar təqdim ediləcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.