İdman

Azərbaycanın daha 3 güləşçisi Avropa çempionatının finalında

28 İyun 2017 16:38
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Dortmund şəhərindəki gənclər arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub. 

Milli.Az report.az-a istinadən bildirir ki, pəhləvanlardan 3-ü finaladək irəliləməyi bacarıb.

55 kq çəkidə yarışan Əfqan Xaşalov ardıcıl olaraq İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən azərbaycanlı güləşçi onlardan 34 xal ala bilib. Həlledici görüşdə Xaşalovun rəqibi bolqarıstanlı Mikyay Salim Naim olacaq.

66 kq-da mübarizə aparan Mahal Novruzov da finala qədər rəqiblərinə xal verməyib. O, ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə Novruzovun rəqibi rusiyalı Anzor Zakuyev olacaq.

84 kq çəkidə yer alan Hacımurad Məhəmmədsəidov isə ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. O d həlledici görüşdə Rusiya təmsilçisi Hacımurad Najmudinovla qarşılaşacaq.

Yalnız 120 kq çəkidəki Umar İsrailov ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.
Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan sərbəst güləşçilərindən Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) bürünc medal əldə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.