İdman

Perez: "Ronaldunun klubla müqaviləsi var və "Real"ın futbolçusudur"

20 İyun 2017 12:09
0 Şərh     Baxış: 714

"Real Madrid"in prezidenti Florentino Perez komandanın aparıcı üzvlərindən olan Kriştianu Ronaldunun İspaniyadan getmək barədə istəyinə münasibət bildirib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Perez Konfederasiyalar Kubokundan sonra məsələni portuqaliyalı ulduzla aydınlaşdıracağını qeyd edib.

"Ronaldu ilə bunu müzakirə etməmişik. Sonuncu dəfə onunla Çempionlar Liqasının final oyunundan sonra görüşmüşəm. Növbəti mövsüm haqqında danışdıq. Baş verənləri qəzetlərdən öyrəndim. İndi hansısa fikrim yoxdur. Bilmirəm, nə oldu. Bunlar çox qəribədir. Konfederasiyalar Kubokundan sonra Ronaldu ilə söhbət edəcəm. Onun klubla müqaviləsi var və "Real"ın futbolçusudur. Buraxılış qiyməti 1 milyard avrodur. Hazırda nə Ronaldu, nə Xames, nə də Morataya görə heç bir təklif almamışıq. Bəzi KİV-lərin iddiasına baxmayaraq vəziyyət belədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.