İdman

Maradona: "Dani Alveş axmaqdır"

20 İyun 2017 11:15
1 Şərh     Baxış: 715

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona "Yuventus"un müdafiəçisi Dani Alveşin oyununu dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Braziliya millisinin üzvünü zəif futbolçu hesab edir.

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fujayra" klubuna baş məşqçi təyin edilən Maradona 34 yaşlı cinah oyunçusunu təhqir etməkdən də çəkinməyib: "Dani Alveş axmaqdı. O, müdafiəçidi, ancaq öz mövqeyində çıxış etmir. Dani səviyyə baxımından Braziliya millisinin keçmiş cinah müdafiəçiləri Kafu və Maykondan uzaq qalır. Onlar daha güclü futbolçular idi. Alveş oyunda 3 dəfə topa toxunur və 8 dəfə fol edir. Əgər onun haqqında danışacağıqsa, yaxşısı budu mən gedim".
 
Qeyd edək ki, Dani Alveş bu yaxınlarda Argentina yığmasının hazırkı kapitanı Lionel Messini Maradona ilə müqayisə etmiş və Leonun daha güclü olduğunu açıqlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ... · 20 İyun 11:3020

    Goresen Maradona hec olmasa bilir ki Alves sag cinah mudafiyecidi ))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.