İdman

"Qolsuz heç-heçə də pis olmaz" - "İnter"in rəqibinin çalışdırıcısı

19 İyun 2017 19:54
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Demək olar ki, rəqibimizi yaxşı tanımırıq. Vaxtımız var, rəqibimizin oyununu təhlil edəcəyik və layiqli mübarizə aparmağa çalışacağıq". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözlər Serbiyanın "Mladost" klubunun baş məşqçisi Nenad Milovanoviçə məxsusdu.  Luçani təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakının "İnter" klubuna rəqib olub.

Ölkəsinin mətbuatına açıqlama verən 47 yaşlı mütəxəssis fikirlərini bildirib. O, "İnter"i üstələməyə çalışacaqlarını deyib: "Mən və futbolçularım məsuliyyəti dərk edirik. Ölkəmizi turnirdə layiqli təmsil etməyə çalışacağıq. Əsas hədəfimiz maksimum irəliləməkdi". 

Çalışdırıcı evdə keçirəcəkləri ilk oyunda qolsuz heç-heçəyə razı ola biləcəklərini deyib: "İlk oyunu evdə keçirəcəyik. Doğma medanda qol vursaq, möhtəşəm olar. Amma qolsuz heç-heçə də pis olmaz". 

Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri isə iyulun 6-da keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.