İdman

"Donnarumma hətta ölümlə təhdid olunurdu"

19 İyun 2017 14:27
0 Şərh     Baxış: 511

"Milan"ın gənc qapıçısı Canluici Donnarummanın agenti Mino Rayola ötən gün mətbuat konfransı keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı menecer bunları deyib:

"Başqa yol yox idi. İstəmədiyimiz qərar qəbul etməli olduq. Pul məsələsi deyil. Bizi təhdid edirdilər. Donnarummanın ailəsinə hədə-qorxu gəlirdilər. Hətta ölüm təhdidləri də vardı. Amma bunlarla futbolçunu saxlamaq qeyri-mümkündür. Donnarumma növbəti mövsüm oynamaya bilər. Onun ustalığını nəzərə alsaq, bu qərar inanılmazdır.

Lakin məsələ buna doğru gedir. Buraxılış qiymətindən söhbət belə getmədi. Dərinə gedə bilmədik. Bunu, adətən danışıqlar 95% başa çatandan sonra müəyyənləşdirirlər. Donnarumma yeni müqavilə imzalamağa hazır idi. Buna şübhəniz olmasın. Buna baxmayaraq yaranmış situasiya danışıqlardan imtina etməyimizə səbəb oldu".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.