İdman

"Liverpul" ən bahalı transferini reallaşdırır

19 İyun 2017 12:29
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma" "Liverpul"un Məhəmməd Salah üçün etdiyi transfer təklifini qəbul edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Liverpul"un 45 milyon avroluq təklifi ilə razılaşıb. Salah yaxın günlərdə tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq və "qırmızılar"la 5 illik müqavilə imzalayacaq. 

Bu "Liverpul" tarixində ən bahalı transfer olacaq.

25 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə "Roma"nın heyətində 41 oyuna 19 qol vurub və 15 qol assist edib. Misirli futbolçu "Roma"ya "Çelsia"dən 15 milyon avroya keçmişdi.

Mohamed Salahın yaxın dostu olan Ali Mohamed futbolçuya "Liverpul"da uğurlar arzu edib. Bu isə transferin tamamlanmasından xəbər verir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.