İdman

Futbolda yeni qərarlar gözlənilir - Sadəcə inanılmazdır

18 İyun 2017 13:41
1 Şərh     Baxış: 2 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası futbola yeni qaydaların gətirilməsini müzakirəə çıxaracaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qurumun rəhbəri Deyvid Elleray yeniliklərlə bağlı sənədlər hazırlandığını və təkliflərin idarə heyəti tərəfindən dəyərləndiriləcəyini söyləyib.

Futbolda nəzərdə tutulan yeniliklərlə bağlı təkliflər aşağıdakılardır:

- Futbolçunun künc və cərimə zərbəsi zamanı topu komanda yoldaşına pas vermədən özü oyuna daxil etməsi;

- Cərimə meydançası daxilində komanda yoldaşı topu geri ötürmə edərək qapıçısına verərsə qapıya penalty təyin olunması;

- Cərimə zərbəsi zamanı top hərəkətdə olarkən oyuna daxil edilməsi;

- Penalti zərbəsi zamanı rəqib oyunçular cərimə meydançasına daxil olarsa birbaşa qolun verilməsi;

- Komanda şəklinə hakimə etiraz edilməsi və onun ətrafına toplanması baş verərsə həmin klubdan xal silinməsi cəzası;

- Penalti zərbəsi zamanı topu qapıçı qaytararsa təkrar zərbəyə icazə verilməməsi və oyunun dayandırılaraq qapıçı tərəfindən topun oyuna daxil etməsi;

- Matçın müddətinin 90 dəqiqədən 60 dəqiqəyə azaldılması da yeniliklər arasında nəzərdə tutulub. Topun meydandan kənarda olduğu və oyunun dayandığı dəqiqələr ümumilikdə 60 dəqiqənin üzərinə əlavə ediləcək;

Qeyd edək ki, müzakirənin 2018-ci ildə aparılması gözlənilir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.