İdman

"Sneyder "Galatasaray"dan getsə..."

18 İyun 2017 12:41
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Galatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyderin gələcəyi qeyri-müəyən olaraq qalmaqdadır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin agenti Quido Abers "Cim bom" rəhbərliyi ilə qarşıdakı həftədə bir araya gələcəklərini bildirib. Abers Sneyderin karyerasını başa vurmaq niyyətində olmadığını da qeyd edib.

"Uesli daha 2-3 futbol oynamaq istəyir. Növbəti həftə İstanbula gələcəm və "Galatasaray" rəhbərliyi ilə masa arxasına oturacağıq. 2-3 il ərzində Sneyder oynamayacaqsa, bir çarə tapmalı olacağıq. Hələlik onun üçün təklif gəlməyib. Ötən qış Çindən təklif vardı. Amma Uesli ora getmək istəmədi. Əgər istəsə, "Galatasaray"da daha 1 il qalar. O, klubla mübahisə etmək fikrində deyil. Sneyder bir əfsanədir, "Galatasaray" isə böyük klubdur. Ortaq məxrəcə gələcəyimizə inanıram. Uesli ordan getsə, ön qapıdan başıuca çıxmaq istəyir" - Abers deyib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.