İdman

Rusiyada Konfederasiyalar Kuboku başlanır

17 İyun 2017 10:09
0 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiyada futbol üzrə Konfederasiyalar Kubokuna start veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, sayca 8-ci dəfə keçiriləcək yarış 2018-ci il dünya çempionatı öncəsi yoxlama xarakteri daşıyır.

Oyunlar gələn il mundialı qəbul edəcək stadionlarda təşkil olunacaq. Konfederasiyalar Kubokuna ümumilikdə 8 ölkə qatılıb. Bunlar təşkilatçı ölkə Rusiya, 2014-cü ilin dünya çempionu Almaniya, 2015-ci il Asiya Kubokunun qalibi Avstraliya, Amerika Kubokunun sahibi Çili, "Gold Cup 2013" və "Gold Cup 2015"in sahibləri arasındakı oyunun qalibi Meksika, 2016-cı il Okeaniya Kubokunun qalibi Yeni Zelandiya, 2016-cı ilin Avropa çempionu Portuqaliya və 2017-ci il Afrika Millətlər Kubokunun qalibi Kamerun yığmalarıdır. Rusiya, Portuqaliya və Çili ilk dəfə iştirak edəcək. Oyunlar Moskvadakı "Spartak", Soçidəki "Fişt" stadionlarında, eləcə də Sankt-Peterburq və Kazandakı eyniadlı arenalarda keçiriləcək.

Püşkə əsasən, Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika A qrupunda, Kamerun, Çili, Avstraliya və Almaniya B qrupunda yer alıb. 
Turnirin təqvimi:

A qrupu
17 iyun
19:00. Rusiya - Yeni Zelandiya
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
"Sankt Peterburq Arena"

18 iyun
19:00. Portuqaliya - Meksika
"Kazan Arena"
21 iyun
19:00. Rusiya - Portuqaliya
"Spartak" stadionu

22:00. Meksika - Yeni Zelandiya
"Fişt" stadionu
24 iyun

19:00. Meksika - Rusiya
"Kazan Arena"

19:00. Yeni Zelandiya - Portuqaliya
"Sankt Peterburq Arena"

B qrupu
18 iyun

22:00. Kamerun - Çili
"Spartak" stadionu
19 iyun

19:00. Avstraliya - Almaniya
"Fişt" stadionu
22 iyun

19:00. Kamerun - Avstraliya
"Sankt Peterburq Arena"

22:00. Almaniya - Çili
"Kazan Arena"

25 iyun 19:00. Almaniya - Kamerun

"Fişt" stadionu

19:00. Çili - Avstraliya

"Spartak" stadionu

Yarımfinal
28 iyun
1. 22:00. A qrupunun qalibi - B qrupunun ikincisi. "Kazan Arena"
29 iyun
2. 22:00. B qrupunun qalibi - A qrupunun ikincisi. "Fişt" stadionu
3-cü yer uğrunda
2 iyul
16:00. 1-ci cütün məğlubu - 2-ci cütün məğlubu. "Spartak" stadionu
FİNAL
2 iyul
22:00. 1-ci cütün qalibi - 2-ci cütün qalibi. "Sankt Peterburq Arena"

Qeyd edək ki, əvvəlki 7 Konfederasiyalar Kubokunda Braziliya 4 dəfə qalib olub. Bunlardan birincisi ilk (1997), qalanları isə son 3 (2005, 2009, 2013) turnirə təsadüf edib. 2001 və 2003-cü illərdə kuboku Fransa, 1999-cu ildə isə Meksika qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.