İdman

Millimizin ikinci sınağı

17 İyun 2017 09:09
0 Şərh     Baxış: 341

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında ikinci turun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan millimiz növbəti matçını İsveçə qarşı keçirəcək.

İlk görüşdə Makedoniyaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri qrupdan çıxmaq üçün sonrakı qarşılaşmalardan qalib ayrılmalıdırlar.
 
İsveç millisi də ilk matçında məğlubiyyətə düçar olub. Skandinaviyalılar Albaniyaya 2:3 hesabı ilə yeniliblər.
 
Qrupdakı digər oyunda isə iki qalib komanda - Albaniya ilə Makedoniya ilə üz-üzə gələcəklər.
 
Avropa Liqası
II tur
 
19:00. İsveç - Azərbaycan
Hakimlər: Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna)
Skopye, Boris Traykovski Sarayı
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.
 
21:30. Albaniya - Makedoniya
Hakimlər: Yasmin Huseynoviç (Bosniya və Herseqovina), Stoyan Baryev (Bolqarıstan)
Skopye, Boris Traykovski Sarayı

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

1

1

0

3-0

75-58

3

2

Albaniya

1

1

0

3-2

104-106

2

3

İsveç

1

0

1

2-3

106-104

1

4

Azərbaycan

1

0

1

0-3

58-75

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.