İdman

Millimiz erməniləri darmadağın etdi - 18 TOP

16 İyun 2017 17:48
3 Şərh     Baxış: 1 647

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.

Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib - 39:21 (21:7).
 
Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, "onluğ"a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    nr · 16 İyun 23:3010

    Halaldi.basqa olkeleri udmaga gucunuz catmasada,var gucunuzle menfur dusmenlerimize boyuk hesabla qelebe qazandiz.Ugurlariniz bol olsun

    Cavab yaz
  • Anonim
    konullu · 17 İyun 00:0200

    Eliniz qolunuz var olsun !!!

    Cavab yaz
  • Anonim
    Sabina · 17 İyun 00:4500

    TEBRIKLER!!! Boyuk qelebedi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.