İdman

Türkiyə klubu Kasilyasa elçi düşdü

16 İyun 2017 14:40
1 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Antalyaspor" dahabir dünya ulduzuna elçi düşüb.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, Super Liqa təmsilçisi İker Kasilyası heyətinə qatır.

"Skysport" müxbiri Canluca Di Marzionun əldə etdiyi məlumata görə, "Antalyaspor" hazırda "Portu"da çıxış edən qolkiperlə anlaşmaq üzrədi. 

Qeyd edək ki, İker Kasilyas karyerasına 1998-ci ildə "Real"da başlayıb və 2015-ci ilədək bu klubda çıxış edib. Joze Mourinyo tərəfindən heyətdən kənarlaşdırılan qolkiper "Kral Klubu"nun heyətində İspaniya çempionluğunu (5 dəfə), "Kral Kuboku"nu (2), ölkə Super Kubokunu (4), Çempionlar Liqasını (3), UEFA Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (2) qazanıb.

"Real"dan sonra "Portu"da çıxış edən qolkiper İspaniya millisində 167 oyun keçirib. O, yığma komandanın heyətində iki dəfə Avropa (2008, 2012) və bir dəfə dünya (2010) çempionu olub.

Kasiyalyas dəfələrlə UEFA, FİFA və İspaniya Futbol Federasiyası tərəfindən ən yaxşı qapıçı seçlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.