İdman

Azərbaycan millisi uduzub Ermənistana rəqib oldu

16 İyun 2017 11:25
1 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk 2 turdan sonra aktivində 2 xalı olan Azərbaycan millisi sonuncu oyunda Kiprlə üz-üzə gəlib.

Qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Komandamız 28:32 (13:18) hesabı ilə uduzmaqla, 1/4 final şansını dəfn edib. Rəqiblərimizdən Kiprlə yanaşı, təmsilçimizi məğlub edən Bolqarıstan da mərhələ adlayıb.
 
Buna baxmayaraq, Hikmət Abdullayevin yetirmələri yarışda mübarizəni davam etdirəcəklər. C qrupunda 3-cü olan yığmamız 9-16-cı yerlər uğrunda ilk olaraq D qrupunu xalsız başa vuran Ermənistanla oynayacaq. Aşkar zəif olan rəqiblə matç bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.  
 
Təmsilçimiz Ermənistandan güclü olarsa, İrlandiya - Malta cütünün qalibi ilə üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.