İdman

Çempionlar Liqasının ən yaxşı qolu seçildi - VİDEO

15 İyun 2017 23:24
1 Şərh     Baxış: 1 773

Futbol azarkeşləri Çempionlar Liqasının ən yaxşı qolunu seçiblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, İstanbulun "Beşiktaş" komandasının hücumçusu Cenk Tosun Çempionlar Liqasının ən yaxşı qolunun müəllifi olub.
Türk futbolçunun Lissabonun "Benfika" komandasının qapısına vurduğu qol 41 faiz səs toplayıb. İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mancukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.
"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub. Xatırladaq ki, UEFA bir neçə gün əvvəl də mövsümün 10 ən yaxşı qolunu təqdim etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Futbol azarkeşləri Çempionlar Liqasının ən yaxşı qolunu seçiblər

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    PatrioT · 16 İyun 00:0700

    BEŞİKTAŞK

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.