İdman

Haiti yığmasının hücumçusu “Zirə”də

15 İyun 2017 21:36
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu şəhərində məşqlərini davam etdirən "Zirə" daha bir futbolçu ilə güclənib.

Milli.Az kluba istinadən xəbər verir ki, Haiti yığmasının hücumçusu Kervens Belfort bundan sonra "Zirə"də çıxış edəcək.

Futbolçu ilə "1+1" il şərti ilə müqavilə imzalanıb.

Kervens Belfort karyerasına ölkəsinin "Tempete" klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Cənubi Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib.

Hücumçunun son klubu İsveç təmsilçisi "Siriyanska" olub.

Haiti yığmasında 40 oyuna çıxan 25 yaşlı futbolçu 40 oyunda 16 qol vurub. Klub  karyerasında isə 120 oyunda cəmi 17 dəfə rəqib qapılara yol tapa bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.