İdman

Argentinanın heyəti açıqlandı: O hücumçu 4 il sonra yenidən millidə

20 May 2017 09:15
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin keçirəcəyi iki yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb.

Diqqət çəkən ən maraqlı məqam "İnter"in futbolçusu Mauro İkardinin uzun müddət sonra yenidən yığmaya dəvət almasıdır. "Tanqoçular"ın heyətində ilk və yeganə matçını 2013-cü ildə keçirmiş 24 yaşlı futbolçu 4 il sonra yenidən "zolaqlı" forma ilə meydana çıxmaq şansı qazanıb.
 
Açıqlanan heyətdə aşağıdakı futbolçular yer alıb.
 
Qapıçılar: Serxio Romero ("Mançester Yunayted"), Nauel Qusman ("UANL Tiqres"), Xeronimo Rulye ("Real Sosyedad")
 
Müdafiəçilər: Nikolas Otamendi ("Mançester Siti"), Xavyer Masçerano ("Barselona"), Emanuel Mammana ("Lion"), Qabriel Merkado ("Sevilya"), Eduardo Salvio ("Benfika")
 
Yarımmüdafiəçilər: Lukas Bilya ("Latsio"), Qido Rodrigez ("Tixuana"), Leonardo Parades ("Roma"), Ever Baneqa ("İnter"), Manuel Lanzini ("Vest Hem"), Anxel Di Mariya (PSJ), Alexandro Qomez ("Atalanta"), Xoakin Korrea ("Sevilya")
 
Hücumçular: Paulo Dibala ("Yuventus"), Mauro İkardi ("İnter"), Qonzalo İquayn ("Yuventus"), Lionel Messi ("Barselona")
 
Qeyd edək ki, Argentina iyunun 9-da Avstraliyada Braziliya, 13-də isə Sinqapurda yerli komanda ilə yoldaşlıq oyunu keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.