İdman

Bakı-2017: Daha bir güləşçimiz qızıl medal qazandı

19 May 2017 20:07
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Nurməhəmməd Hacıyev finalda iranlı Əmir Məhəmmədi ilə qarşılaşıb.

Daha yaxşı güləşən idmançımız rəqib üzərində inamlı qələbə qazanıb - 11:2.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 63-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.