İdman

"Qarabağ" mükafatlandırıldı

19 May 2017 20:54
0 Şərh     Baxış: 522

AFFA-nın 19 yaşadək futbolçular arasında təşkil etdiyi Azərbaycan çempionatına yekun vurulub.

Milli.Az report.az-a istinadən bildirir ki,  XXXIII turda AZAL-la qarşılaşan və 7:0 hesabı ilə qələbə qazanan "Qarabağ" Liqanın qalibi olub. 

Oyun başa çatdıqdan sonra qalib komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov və "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl təqdim ediblər.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası yeni mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. Komandanın baş məşqçisi Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.