İdman

Nigar Nəsirova: "Azarkeş dəstəyi məni ruhlandırdı"

18 May 2017 19:44
Baxış: 403

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmağımda azarkeşlərin dəstəyi var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq üzrə 1 qızıl və bir bürünc medalçısı Nigar Nəsirova deyib.

O bildirib ki, finalda rəqibləri çox güclü olsa da, qalib gələ bilib: "Əsasən İran, Misir və Oman idmançıları çox güclü idilər. Lakin mənə bəslənən ümidlər, azarkeş dəstəyi məni ruhlandırdı və qızıl medal qazandım. Azərbaycan xalqına minnətdaram ki, məni bu cür dəstəklədi".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.