İdman

İki qızıl medal sahibi: "İslamiada Azərbaycanın böyüklüyünü bir daha göstərdi"

16 May 2017 20:43
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IV İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi və idmançılarımızın uğurları Azərbaycanın böyüklüyünü bir daha göstərdi".

Milli.Az bildirir ki, bunu Trend-ə 90 kq-a qədər çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev deyib.

Komanda hesabı və fərdi şəkildə iki qızıl medal qazanan idmançı deyib: "Komandalar arasında yarış idmançılar üçün daha məsuliyyətli olur. Ona görə ki, sənin məğlubiyyətin komanda yoldaşlarını da çətin vəziyyətə sala bilər. Əgər fərdi mübarizədə yalnız özünə görə narahat olursansa, komanda yarışlarında bütün dostların üçün həyəcanlanırsan. İslamiadada iki qızıl medal mənim ilk beynəlxalq uğurumdur. Bu, eyni zamanda məsuliyyəti və gələcək uğurlara stimulu daha da artırır".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.