İdman

"İslamiada müsəlman ölkələrinin sülh istəyini nümayiş etdirir"

16 May 2017 16:03
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin sülh istəyini nümayiş etdirir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Yəmən nümayəndə heyətinin rəhbəri Naila Nəsr Abbas Nəsr deyib.

Onun sözlərinə görə, İslamiadanın keçirilməsi bu ölkələr üçün çox vacibdir: "Bir çox ərəb ölkələrində indi müharibə gedir və biz göstərməyə çalışırıq ki, müharibə yox, sülh istəyirik. Biz digər ölkələrlə münasibətləri inkişaf etdirmək istəyirik. İslam sülh dinidir və bizim məqsədimiz bunu dünyaya nümayiş etdirməkdir".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.