İdman

Bakı-2017: Azərbaycan atıcısı bürünc qazandı

16 May 2017 12:45
0 Şərh     Baxış: 300

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız Nigar Həsənova 211.5 xalla bürünc medala sahib olub.

İran atıcısı Qolnouş Sebhatullah birinci (239.3 xal), misirli Afaf Elhodhod ikinci olub.

Digər təmsilçimiz Zərifə Qasımova isə beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.