İdman

Tamaşaçı: "Arzu edirəm ki, nəvəm Azərbaycan üçün qızıl medal qazansın"

15 May 2017 19:52
Baxış: 553

İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarını izləməyə gəlmiş tamaşaçı Rəsul Rəsulov nəvəsinin də bu cür yarışlarda Azərbaycanı təmsil edəcəyini arzulayır.

Milli.Az xəbər verir ki, Trend-ə danışan azarkeş nəvəsinin üç ildir ki, idman gimnastikası ilə məşğul olduğunu deyib: "Ümid edirəm ki, o nə vaxtsa qızıl medal qazanacaq".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.